12 C
Baku
Monday, October 28, 2024

Bill Gates artıq planetin ən varlı insanı deyil

Amazon şirkətinin yaradıcısı və icraçı direktoru Ceff Bezos Microsoft rəhbəri Bill Gates-i geridə qoyaraq dünyanın ən varlı insanı adını qazanıb.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, o buna şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində nail olub.
Qeyd edək ki, Bill Gates 2013-cü ildən etibarən bu günə qədər dünya milyarderləri sırasında lider idi.
Çümə axşamı günü Amazon şirkətinin səhmlərinin 1,2% bahalaşması ilə şirkətin 17% səhminə sahib olan Bezosun sərvəti 1 milyard dollar artıb və 90 milyard dolları üstələyib.
İlin əvvəlindən Amazon şirkətinin kapitalizasiyası 40%-dən çox, yəni 503,2 milyard dollara qədər artıb.

Son xəbərlər
Digər xəbərlər