“Grain Alliance” beynəlxalq aqroşirkətinin yeni peşəkar komandasının formalaşdırılması üzrə tədbir çərçivəsində kommersiya direktoru vəzifəsinə Tahir Musayev təyin olunub.
Tahir Musayev beynəlxalq kommersiya fəaliyyəti və biznesin idarə edilməsi sahəsində zəngin iş təcrübəsinə malikdir.
Tahir Musayev “Grain Alliance” şirkətində ixracat-idxalat ticarətinin inkişafı və yeni layihələrin idarə olunması məsələləri ilə məşğul olacaq. Musayev “West Texas A&M University”nin maliyyə-iqtisadi elmlərinin magistrantı, eləcə də, Bakı Dövlət Universitetinin məzunudur. O, “Grain Alliance”da vəzifəyə təyin olunana qədər “Carbon Resource Management Ltd” (London), “Karbon Kapital Servises Limited” (Карбон Капитал Сервисес Лимитед) (Ukrayna) şirkətlərində müxtəlif vəzifələri tutub, eləcə də, “Ernst & Young CIS BV” (Азербайджан)-də çalışıb. Qeyd edək ki, Tahir Musayev həmçinin Azərbaycanın “Nə? Harada? Nə zaman?” klubunun kapitanıdır.
“Grain Alliance” qərargahı Stokholmda yerləşən İsveç kənd təsərrüfatı şirkətidir.
Şirkətin bazar dəyəri 150 milyon dollar məbləğindədir. Əsas əməliyyat fəaliyyəti Ukraynada cəmlənən şirkət Kiyev, Çerkas, Poltava və Çerniqov vilayalətlərində 50 min hektar torpağı becərir, eləcə də, 250 min tonluq saxlama obyektlərinə malikdir.
İstehsalatın əsas istiqaməti dənli bitkilərin yetişdirilməsi (payızlıq buğda, günəbaxan, soya, qarğıdalı, noxud, yağ kətanı), un, KAQ maye gübrəsinin, toxumların istehsalı və satışıdır. Şəxsi saxlama və emal obyektlərinin mövcudluğu sazişlər bağlamağa və məhsulların il boyu çatdırılmasına zəmanət verir.
2008-ci ilin may ayından “Grain Alliance”ın direktorlar şurasının sədri “Claesson & Anderzén AB”-nin sahibi və icraçı direktoru Yoxan Klayessondur.