Banker.az saytı Dünya Qızıl Şurasının (World Gold Council, WGC) 3 avqust tarixində nəşr edilmiş hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin ilk yarısında dünya üzrə qızıl tələbatı illik baxımdan 14%, yəni 2400 tona qədər enib.
Bu isə əsas olaraq qiymətli metalın birja investisiya fondlarına axınının azaldılması ilə izah olunur.
Bu ilin ikinci rübündə qızıla olan tələbat 10%, yəni 953,4 tona qədər azalıb. Bununla belə, bu dövr ərzində qızıl bazarında təklif 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% (1066 tona qədər) enib.
Rəsmi: ARDNF qızıl ehtiyyatlarının satılması xəbərinə aydınlıq gətirdi
Dünya ölkələrinin Mərkəzi bankları qiymətli metalı almağa davam edirlər, lakin son illər olduğundan daha ciddi templərlə. WGC materiallarında qeyd edilir ki, onlar 2017-ci ilin ikinci rübündə illik baxımdan qızıl alışını 20% artırıb və 94 tona çatdırıb.