Bildiyimiz kimi, Respublikada fəaliyyət göstərən Bankların bəziləri tərəfindən taksit imkanları olan kredit kartları təqdim olunur.
Alış-veriş zamanı əlverişli şərtlər təklif edən bu kartlar eyni zamanda müştərinin yarana biləcək nağd pul ehtiyaclarını qarşılamaq üçün nağdlaşma funksiyası ilə də təmin olunub. Banker.az bu dəfək ölkədəki taksit kartlarının nağdlaşma imkanlarını araşdırdı. Müvafiq şərtləri müqayisəli formada diqqətinizə çatdırırıq:
Bank / Kart |
Nağdlaşdırma limiti |
Nağdlaşdırma komissiyası(Bankın özünə məxsus ATM-lərdə) |
Nağdlaşdırılan vəsait üzrə illik faiz dərəcəsi |
Güzəşt müddəti(Grace Period) |
Bank of Baku / Bolkart | Kart limitinin 29%-i | 1% | · Bolkart Diamond – 26%
· Bolkart Gold – 27% · Bolkart Ailə – 29% · Bolkart Gənc – 27% |
Yoxdur |
Unibank /
Albalı Plus |
Kart limitinin 100%-i | · Albalı “Gold” – 2%
· Albalı “Standart” – 1% |
· Albalı + Gold – 32%
· Albalı + Standart – 29% |
· Albalı + Gold – 40 günədək
· Albalı + Standart – Yoxdur |
ASB Bank /
Extra Card |
Kart limitinin 50%-i | 2% | 27% | 40 günədək |
Bank Respublika / Paykart | Kart limitinin 30%-i | 2.5% | 30% | Yoxdur |
ExpressBank / Smile Card | · Kart limiti 500 AZN-dək olduqda – aylıq 150 AZN
· Kart limiti 501 AZN və yuxarı olduqda – aylıq 250 AZN |
· 6% – lik kart – 6%
· 12%-lik kart – 12% |
0% | Yoxdur |
Yapıkredi Bank / World Card | · World Card Classic – 50%
· World Card Gold – 60% · World Card Platinium – 100 % |
· World Card Classic – 2% + 1 AZN
· World Card Gold – 1% (min.3 AZN) · World Card Platinium – 1% (min.1 AZN) |
· World Card Classic – 32%
· World Card Gold – 29% · World Card Platinium – 28 % |
Yoxdur |
KapitalBank / Birkart | Kart limitinin 100%-i | 1% | 31% | Yoxdur |