9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın iki bankı səhmlərinin nominal qiymətini artırır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Bank” ASC və “Silkway Bank” ASC-nin yeni səhm emissiyalarını dövlət qeydiyyatına alıb.

Məlumata görə, emissiya “Xalq Bank”ın dövriyyədə olan 3 630 300 ədəd səhminin nominal dəyərinin 58,3 manatdan 62 manata çatdırılmasını nəzərdə tutur. Son nəticədə bankın nizamnamə kapitalı 13 432 110 manat və yaxud 6,35% artaraq 211 646 490 manatdan 225 078 060 manata çatacaqdır.

Emissiya “Silkway Bank”ın dövriyyədə olan 679 230 ədəd səhminin nominal dəyərinin 149,5 manatdan 154 manata çatdırılmasını nəzərdə tutur. Son nəticədə Bankın nizamnamə kapitalı 3 056 530 manat və yaxud 3,01% artaraq 101 544 885 manatdan 104 601 420 manata çatacaq.

Kapital artımı hər iki bankda ötən illərdə əldə edilmiş mənfəət hesabına həyata keçiriləcək.


© Report İA

Son xəbərlər
Digər xəbərlər