12 C
Baku
Wednesday, December 11, 2024

“Para” BOKT manat və dollarla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyalarını dövlət qeydiyyatına alıb.

Bu barədə BOKT-un İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.

Onun sözlərinə görə, emissiyalar hər birinin nominal dəyəri 1 000 manat olan 545 ədəd istiqrazın (545 min manatlıq) və hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 150 ədəd istiqrazın (150 min manatlıq və yaxud təxminən 255 min manat) dövriyyəyə buraxılmasını nəzərdə tutur. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək və onları fiziki şəxslər alacaq.

Xatırladaq ki, “Para” BOKT ötən il lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında bu il yaradılıb. Onun nizamnamə kapitalı 38,887 mln. manatdır. MBNP kredit təşkilatına lisenziyanı bu il martın 30-da verib və bununla da ilk dəfər olaraq Azərbaycanda bank BOKT-a çevrilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər