“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxmış, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirmiş, daimi müştərilər üçün imtiyazlar klubu təsis etmiş, internet vasitəsilə beynəlxalq pul köçürmələrini və s. tətbiq etmişdir.
Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.
Bank of Baku-da çalışmaq böyük bir ailənin üzvü olmaq və hər gün inkişaf deməkdir. Biz davamlı biznes mühiti yaratmaqla və əməkdaşlar üçün müxtəlif inkişaf proqramları həyata keçirməklə ən rəqabətli kadrları cəlb etməkdə maraqlıyıq.
Vəzifə: Xidmət üzrə kiçik Ekspert
Əsas vəzifə və öhdəliklər
Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması
Seçim meyarları
İqtisadiyyat və idarəetmə sahəsi üzrə ən azı bakalavr dərəcəsi
Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
Yaradıcı və analitik düşüncə tərzi
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
Bu vəzifə üzrə təcrübə tələb olunmur
İş şərtləri
İş yeri: Bakı filialları
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Yuxarıdakı tələblərə uyğun namizədlər aşağıdakı linkdən istifadə edərək bu vəzifə üzrə seçim prosesinə qoşula bilərlər: https://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/
Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.