2 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da qəzet səhifələrinə düşmüş dəhşətli toy hadisəsi

Toy şənliyində 300 qonaq nəzərdə tutulmuşdu. Rəsmi mərasim bitir və nigahı qeyd etmək vaxtı gəlib çatır. Bəy qonaqları təmtərahlı şəkildə qarşılamaq üçün səhnəyə çıxır. O, toy zamanı onlara dəstək çıxan və toya gələn, xüsusilə də uzaq məsafələrdən gələn qonaqlara öz minnətdarlığını bildirir. 

“Xüsusilə öz minnətdarlığımı toyu təşkil edən və burada iştirak edən gəlinin ailəsinə və qohumlarına bildirmək istəyirəm. Hədiyyələ görə hər kəsə təşəkkürümü bildirirəm. Hər bir qonağa şəxsən özüm hədiyyə təqdim etmək istərdim. Buna görə hər bir oturacağın altına zərf yapışdırılıb” -deyərək  bəy hər kəsdən zərfləri açmağı xahiş edir.

Hər bir zərfin içində 8х10 sm ölçülü bir fotoşəkil var idi. Şəkildə bəyin şahidi və gəlin yataqda olarkən əks olunmuşdular. Bəy bu ikisindən şübhələnirdi və şəxsi detektiv tutmuşdu. O, toya bir neçə həftə qalmış araşdırma aparır.

Sonra isə bəy hələ bir neçə dəqiqə səhnədə qalır və toyda iştirak edənlərin reaksiyasını izləyir və üzünü öz şahidinə çevirərək deyir: “Səni lənətə gələsən” sonra isə gəlin tərəfə çevrilərək deyir: “Səni lənətə gələsə”. Daha sonra isə toyu tərk edir.  Növbəti bazar ertəsində o, boşanma prosessi açır.

Bir çox insan öz gələcək həyat yoldaşının ona ən yaxın dostu ilə xəyanət etdiyini öyrəndiyində bütün münasibətləri qırardı. Lakin bu bəy soyuqqanlı şəkildə bütün toy hazırlıqlarına dözür .

Onun soyuq qisasının nəticələri:

Bəy hər kəsə nələrin baş verdiyini çatdırır.

Həmçinin gəlini və öz yaxın dostunu onların bütün dostlarının, qohumlarının qarşısında biabır edərək onların əsl üzünü göstərir.

Son xəbərlər
Digər xəbərlər

5 ŞƏRH

Comments are closed.