27 C
Baku
Friday, July 25, 2025

Bankın sabiq xəzinədarı məhkəmədə 500 min manatın oğurlandığını deyib – Azərbaycanda

Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə bankın Dostluq filialının müdiri Samir Ələkbərov ifadə verib. O, ifadəsində əməkdaşının dələduzluq etməsindən xəbərsiz olduğunu deyib.

Təqsirləndirilən şəxs isə deyib ki, fiziki şəxslərin pulunu sonradan onun avtomobilindən oğurlayıblar.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər