2 C
Baku
Saturday, December 14, 2024

Seyf alın, gecələr rahat yatın

Evdə seyfin quraşdırılması ailə əmin-amanlığının vacib atributlarından biridir. Siz seyfdə nağd pullarınızı, məxfi sənədlərinizi, qiymətli kağızları, elektron məlumat daşıyıcılarını və hətta silah saxlaya bilərsiniz (hərçənd ki, pulların əsas hissəsini bankda saxlamaq daha sərfəlidir). Siz öz sirlərinizi və ehtiyatlarınızı asan qazanc həvəskarlarından, tamahkar gözlərdən, oddan və sudan qorumuş olarsınız. Bəs ev üçün seyf seçərkən nəyə diqqət yetirmək lazımdır?

1. Təhlükəsizlik göstəriciləri

Odadavamlılıq –seyfin alova və yüksək temperatura qarşı dözümlülüyünün göstəricidir. Odadavamlı modellərdə seyfin divarları arasındakı məsafəni xüsusi betonla doldururlar.

Etibarlı odadavamlı seyflərin iki vacib təhlükəsizlik parametri vardır və onları xüsusi formada qeyd edirlər

a) Gərgin temperatur həddində çatma müddəti (60-120 dəqiqə)
b) Seyfdə saxlanılması tövsiyə olunan əşyalar

Seyfin zərbəyə davamlılığı – korpusun konstruksiyası (xüsusi beton maddədən istifadə olunur) və qıfılların möhkəmliyi sayəsində əldə edilir. Hal-hazırda istifadəçilər aşağıdakı qıfıl növlərindən istifadə edirlər.

• Açarlı qıfıllar – bu xüsusi modellərdir, onları sakit və cəld şəkildə yarmaq mümkün deyil.
• Mexaniki kodlu qıfıllar – daimi və ya dəyişkən kodlu ola bilər.
• Elektron qıfıllar – elektrik enerjisi ilə işləyir, kodu dəyişmək və siqnalizasiya sisteminə qoşulmaq imkanı verir.

Heç bir qıfıl növü sizə 100%-lik mühafizə vəd etmir, ona görə də ən ideal variant onların kombinasiyasından istifadə etməkdir.

2. İstifadə yeri və ya təyinat

Mebel Seyfləri – məkanın interyerinə uyğunlaşdırılır, nisbətən həcmləri kiçik olur, onları tapmaq çətindir. Əsasən xırda əşyaların saxlanılması (zinət əşyaları və ya pul) istifadə olunur.

Ofis seyfləri – pul, bəzək əşyaları, müxtəlif sənədlərin saxlanılması üçün nəzərdə tutulub.

Onlar mebel seyflərindən daha böyükdür. Onları heç bir mebel daxil etmədən ayrılıqda quraşdırmaq mümkündür.

Silah seyfləri – giriş imkanları məhdulaşdırılmış xüsusi silah sığınacağı. Adətən konkret silah növünə uyğun seçilir, həmçinin universal modelləri də istehsal edilir.

Data-seyflər – rəqəmsal və maqnit daşıyıcıları alovdan qoruyur. Daxildən hava və odkeçirməz, hermetik qapılı daxili kamera ilə təchiz edilir. Belə seyf 2 saat ərzində güclü alova tab gətirir.

3. İstehsalçı

Ənənəvi olaraq İtaliya (Stark, Technomax), Slovakiya (Safetronics), Fransa (Fichet) və Finlandiya (Kaso) istehsalçılarının hazırladığı seyflər yüksək keyfiyyət nümayiş etdirir.

Həmçinin Rusiya və Ukrayna seyfləri də (Velberg, Griffon, Paritet-К) hörmətə layiqdir. Heç bir halda çin modellərini nəzərdən keçirməyə dəyməz. Çünki ev üçün aldığınız seyfdə qənaət etmək axmaqlıqdır. Unutmayın ki, xəsis iki dəfə xərcə düşür.

Son xəbərlər
Digər xəbərlər