26 C
Baku
Tuesday, April 30, 2024

“Irma” qasırğası dolları endirməyə davam edir

Banker.az xəbər verir ki, dollar cümə günü “Irma” qasırğasının yağınlaşması və geosiyasi gərginlik fonunda enməyə davam edib.

Belə ki, cümə günü axşam saatlarında dolların indeksi 0,32% enib. Avronun dollara nəzərən məzənnəsi isə 1,2030 dollara qədər artıb. Dolların yenə nəzərən məzənnəsi isə 107,84 yenə enib.

Bazar iştirakçıları hazırda Amerikanın Florida şəhərinə yaxınlaşan “Irma” qasırğasının mümkün nəticələrindən narahatdırlar. Sözügedən bu qasırğa minimum son 10 ildə Atlantikdə ən güclü qasırğa adlandırılır. Mütəxəssislər bu qasırğanın avqust ayının sonunda Texas sahillərini vuran və faciəvi daşqınlara səbəb olan “Harvey” qasırğasından daha güclü olduğunu hesab edir.

Bundan əlavə, treyderlərin ABŞ və Şimali Koreya münasibətlərinin gərginləşməsindən ehtiyat etməsi də dollara təzyiq edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər