12 C
Baku
Wednesday, December 11, 2024

Dövriyyədə olan nağd pul kütləsinin həcmində ciddi dəyişiklik gözlənilirmi?

Bu ilin iyul ayında Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 5,69 bənd təşkil edib.

Mərkəzi Bankın (AMB) hesabatına istinadən, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,21 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,24 bənd artıb. Bu ilin yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,2 bənd təşkil edib.

“Report”un analitik qrupu bildirir ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72) qeydə alınıb. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. İyul ayında manatın dövretmə sürətinin artması dövriyyədə olan manat kütləsinin iyun ayı ilə müqayisədə 97,4 mln. manat və ya 0,85% azalması ilə əlaqədardır.

“Cari vəziyyətdə manatın dövretmə sürətinin nisbi sabitləşməsi faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya və dövriyyədə olan manat kütləsində nisbi sabitlik qeydə alınıb. Belə ki, yanvar-mart aylarında inflyasiyanın sürətlənməsi və dövriyyədə olan manat kütləsinin devalvasiyaya yol açması səbəbindən sterilizasiya edilməsi manatın dövretmə sürətinin artmasına səbəb olub. Qeyd edək ki, manatın dövretmə sürətinin yaxın aylarda ciddi dəyişiklik göstərməyəcəyi gözlənilir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin həcmində ciddi dəyişiklik gözlənilmir. Mövsümi olaraq növbəti aylarda inflyasiyanın sürətlənməsi fonunda manatın dövretmə sürətinin yumşaq şəkildə artıma davam etməsi mümkündür”, – deyə analitiklər əlavə ediblər.

Son xəbərlər
Digər xəbərlər