13 C
Baku
Sunday, September 29, 2024

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək

ATi Studios şirkəti Google Daydream platforması üçün səsi tanıya bilən və xarici dil öyrənməyə kömək edəcək MondlyVR proqramını hazırlayıb.

Xarici mediaya istinadən, MondlyVR xarici dil öyrənən insanlara virtual reallığa yüklənməyə və burada müxtəlif personajlarla danışmağa və onlarla qarşılıqlı təsirdə olmağa imkan verəcək.

İstehsalçılar proqramın ən populyar dillərdən (ingilis, yapon, fransız, ispan və s.) başlayaraq, əsasən, yalnız dil daşıyıcıları və linqvistika sahəsinin mütəxəssisləri tərəfindən öyrənilən dillərə qədər (fin, macar) 30 dili dəstəkləyəcəyini bildiriblər.

Şirkətin baş icraçı direktoru Aleks İlieskunun sözlərinə görə, xarici dil öyrənməyin ən yaxşı üsulu həyati ssenarilər və söhbətləri canlandıran virtual reallığa yüklənməkdir. Yeni dildə ünsiyyət zamanı insanlara qorxu və təcrübənin olmaması mane olur. MondlyVR xarici dil öyrənənlərə real ünsiyyət vəziyyətlərində özünü rahat hiss etmək imkanı verərək bu baryerləri aşmağa kömək edir.

Həmçinin qeyd edilir ki, yeni dildə söhbətlərə qoşulmağa başlamazdan əvvəl ənənəvi dil öyrənmədə 6 aya qədər zaman tələb olunduğu halda, MondlyVR bunu ilk gündən etməyə imkan verir. Proqramın işləməsi üçün virtual reallıq dəbilqəsini taxmaq tələb olunur.

Son xəbərlər
Digər xəbərlər