İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib. Bu barədə Banker.az-a Prezidentin rəsmi səhifəsindən məlumat daxil olub.
Məlumata görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.