Nazirlər Kabineti 2018-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirə edərək Prezident Administrasiyasına təqdim edib. Bu barədə agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“2018-ci il üzrə dövlət büdcəsi parametrlərini maliyyə naziri Samir Şərifov, əsas makroiqtisadi göstəricilər üzrə proqnozları iqtisadiyyat naziri Şahin Mustafayev təqdim edib”, – Nazirlər Kabinetindən qeyd ediblər.
2018-ci il üzrə dövlət büdcəsinin əsasında sosial proqramların maliyyələşdirilməsi, Azərbaycanın müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına adir tədbirlərin təşviqi durur.
O cümlədən, “Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” Prezident Administrasiyasına təqdim edilib.