Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov “Finance Leasing” ASC-dəki 12,7%-lik payını satıb.
Bu barədə mənbəyə* şirkətin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.
Onun sözlərinə görə, ADIF-in keçmiş rəhbərinin payını “Finance Leasing”in digər səhmdarı Azad Cəbrayılov alıb və öz payını 16,5%-ə yüksəldib.
Hazırda lizinq şirkətin qalan səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.
Səhm sahiblərindən ikisi – Sevda İbrahimova və Mobil Şərifov “Finance Leasing”lə birlikdə “Finex Group” MMC-də təmsil olunan “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) müvafiq olaraq 14,9%-lik və 11,77%-lik səhmdarıdır. “Finex Credit”in səhmlərinin qalan 73,33%-i isə elə “Finance Leasing”ə məxsusdur.