16 C
Baku
Monday, April 29, 2024

“Qazprom” Azərbaycanda nümayəndəlik açır

“Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq.

“Interfax” agentliyinə istinadən, “Qazprom” 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın “mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il “AzMeCo” şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar “Qazprom” və SOCAR arasında aparılıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər