1 C
Baku
Saturday, December 14, 2024

Orxan Bayramov vəzifəsini (Baş katib) tərk etdi

Orxan Bayramov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi vəzifəsini tərk edib.

*Mənbənin məlumatına görə, bu post hələ vakant qalır.

Qeyd edək ki, O.Bayramov ASK-nın baş katibi vəzifəsinə 2017-ci ilin yanvarında təyin edilib. Buna qədər o, 2013-cü ildən Azərbaycan Sığortaçılar Assosiasiyasına rəhbərlik edib.

Xatırladaq ki, Orxan Bayramov Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirib və hal-hazırda “Maastricht School of Management”-də EMBA proqramı  üzrə  təhsilini davam etdirir.

Orxan Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində  başlamışdır. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışmışdır. İngilis, türk, rus dillərini bilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilmişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər