9 C
Baku
Thursday, December 12, 2024

Dövlətə məxsus “Toyota” hərracda 13,5$-a satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə rəqabətli hərrac 26 sentyabrda keçirilib.

Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.

Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb.

Qeyd edilməlidir ki, qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Nissan Sunny olub. Adı çəkilən nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan Nissan Sunny ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.

Son xəbərlər
Digər xəbərlər