Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar başlayıb, işçilərdən məcburi qaydada işdən azad edilmələri barədə ərizə yazılması tələb edilir. Azərbaycan Dəmir Yollarında kütləvi ixtisarlar başlayıb. Ağdam rayon Təzəkənd stansiyasında işləyən Məmmədov Maqsud və Əliyev Tahirin verdiyi məlumata görə, bu gün onları Gəncə dəmiryol idarəsinə çağırıblar. Gəncə Şəhər Dövlət Dəmiryol İdarəsinin rəisi Qurban Nəbiyev onlara bildirib ki, dəmiryolunda ixtisarlar başlayıb, xoşluqla işdən çıxmaları lazımdır.
Əldə edilən informasiyaya görə , 19 min dəmiryolçudan 9 mini işdən azad ediləcək.
virtualaz.org