17 C
Baku
Sunday, May 5, 2024

AFFA təsdiq etdi: kapitan Rəşad Sadıxov milli ilə vidalaşacaq

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.  Banker.az-a bu barədə AFFA-dan məıumat daxil olub.

AFFA-nın saytına fikrini bildirən R. Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər