10 C
Baku
Friday, December 13, 2024

Dövlət Neft Fondunun gəlirləri və xərcləri artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanının 1-ci hissəsində “8 370 589,8” və “14 483 856,0” rəqəmləri müvafiq olaraq “10 813 861,6” və “15 242 928,0” rəqəmləri ilə əvəz edilib.

2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7 550 705,3” rəqəmləri “9 826 212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3 465,0” rəqəmləri “3 605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16 830,0” rəqəmləri “17 688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799 094,6” rəqəmləri “963 948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2 407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8 370 589,9” rəqəmləri “10 813 861,6” rəqəmləri ilə əvəz edilib.

3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilib:

Sıra №si Xərc istiqamətləri Xərclərin məbləği (min manat)
3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 105 000,0
3.2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 6 100 000,0
3.3. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi 7 500 000,0
3.4. Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 70 000,0
3.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 165 825,0
3.6. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi 29 304,0
3.7. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 496 155,0
3.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 744 072,0
3.9. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 572,0
Cəmi 15 242 928,0

Bu fərmanla təsdiq edilmiş “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”nin 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilib:

“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.”.

Azərbaycan Respublikasının Dövlət Neft Fonduna bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər