Şahdağ kurortu MDB-də qış istirahəti üçün ilk üçlükdədir

Rusiyanın “TurStat” Analitik Agentliyi MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb.

Reytinq 2017-2018-ci ilin qış mövsümündə turistlərin yerləşdirilməsi üçün onlayn-bron sistemində tutulan yerlərin sayı barədə məlumatların təhlilinin nəticələrinə əsasən təqdim edilib.

“TurStat”ın saytına istinadən, Azərbaycanın Şahdağ kurortu MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib. Qəbələnin yaxınlığında yerləşən Tufandağ da birinci onluqdadır. MDB-nin ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Çimbulak (Qazaxıstan) və Siliçi (Belarus) də daxildir.

MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7-10 gün müddətinə planlaşdırılır.

Şahdağ və Tufandağda istirahətin turistik büdcəsi yaşayış yeri və yemək xərci də daxil olmaqla, orta hesabla sutkada 90 ABŞ dolları təşkil edir.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər