13 C
Baku
Friday, November 22, 2024

“AFB Bank”ın səhmdarları növbədənkənar yığışacaq

Dekabrın 1-də, saat 15:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumu yığıncağı keçiriləcək. Bu barədə bankdan bildirilib.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holdinq” MMC-nin İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər