1 C
Baku
Saturday, December 14, 2024

Tramp FED başçısı postuna yeni namizəd irəli sürdü

ABŞ prezidenti Donald Tramp ölkənin “mərkəzi bankı” – Federal Ehtiyat Sisteminin başçısı postuna Cerom Pauellin namizədliyini irəli sürüb. Bu barədə trend xarici KİV-lərə istinadən xəbər verir.

Tramp, çıxış edərkən, ABŞ-ın son zamanlar əldə etdiyi uğurlarından danışıb və qeyd edib ki, FES-nə möhkəm və davamlı lider lazımdır.

Pauellin namizədliyini ABŞ senatı təsdiq etməlidir.

Xatırladaq ki, hal-hazırki FES-in başçısı Janet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralında başa çatır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər