2 noyabr 2017-ci il tarixində “AccessBank”ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının “Tədris Strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupunun üzvləri görüşüb. Görüşdə “Tədris Strategiyaları və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri, Qrupa üzv olmayan digıər bankların və “Hay Group Korny” şirkətinin nümayəndələri iştirak etmişdir. Görüş zamanı Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə keçirilmiş əmək haqqı sorğusunun nəticələri ilə bağlı “HAY Group Korny” şirkətinin təqdimatı olmuşdur.

Qeyd etmək lazımdır ki, 22 bank və 1 bank olmayan kredit təşkilatının iştirak etdiyi əmək haqqı sorğusunda bankların filialları, insan resurslarının idarə edilməsi, marketinq, maliyyə, kredit, IT, korporativ bankçılıq və bu kimi departament və şöbələri 22 iş kateqoriyalarına, bu kateqoriyalar isə 49 alt iş kateqoriyalarına bölünmüş və müqayisələr bu kateqoriyalar üzrə aparılmışdır. Sorğu nəticəsində sektor üzrə vəziyyəti əks etdirən bir ümumi hesabat, həmçinin hər bir bankın bazardakı mövqeyini göstərən və yalnız həmin banka təqdim olunan əlavə hesabatlardan ibarətdir.

Qeyd edək ki, sorğunu həyata keçirimş “HAY Group Korny” şirkəti 1943-cü ildə yaranmışdır. Hazırda şirkətin məlumat bazasından 110-dan çox ölkə və dünya üzrə 25 min şirkət faydalanmaqdadır.









