13 C
Baku
Tuesday, December 2, 2025

Azərbaycan maliyyə sektorunun mərkəzləşmiş öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan cəmi öhdəlikləri 2017-ci il oktyabrın 1-nə 7 036,8 mln. manat təşkil edib.

AMB-yə istinadən, öhdəliklərin həcmi sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 24,3 mln. manat və ya 0,35% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 206,7 mln. manat və ya 2,85% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 470,2 mln. manat və ya 6,26% aşağı olduğu bildirilir. Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin Azərbaycan hökumətinə keçməsi səbəbindən 3,85 mlrd. manata yaxın azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər