3 C
Baku
Saturday, December 14, 2024

ABA prezidenti iqtisadçı-ekspertlərlə görüşüb

Azərbaycan Banklar Assosiasiyasında (ABA) iqtisadçı-ekspertlərlə görüş keçirilib.

ABA-dan Banker.az-a verilən məlumata görə, görüşdə assosiasiya prezidenti Zakir Nuriyev, təşkilatın icraçı direktoru Yunus Abdulov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Samir Əliyev iştirak edib.

Görüş çərçivəsində bank sektorunun cari vəziyyəti, mövcud trendlər, sektorda baş verən proseslərin kommunikasiyası, cəmiyyətin maliyyə savadlılığının artırılması məsələləri və ABA ilə ictimai təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür

Son xəbərlər
Digər xəbərlər