11 C
Baku
Monday, November 25, 2024

Baş mühasib – Merkuri BOKT

Merkuri BOKT Baş mühasib vakansiyası elan edir.  

Tələblər

  • Ali iqtisadi təhsil
  • Vergi Məcəlləsi və Əmək Məcəlləsi ilə tanışlıq, bu məcəllələrin mühasibatlıq hesablamalarına aid olan bölmələri üzrə biliklər
  • Azərbaycan dili – əla, rus dili – yaxşı
  • MS Office proqram paketinin tətbiqi üzrə yaxşı səviyyədə biliklər
  • Maliyyə hesabatları və vergi hesabatlarının tərtib edilməsi təcrübəsi
  • Təzyiq altında işləmə bacarığı

Əsas vəzifə və öhdəliklər

  • Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Vergilər Nazirliyi və s)
  • Təşkilatın apardığı əməliyyatların gündəlik olaraq mühasibat uçotunda əks etdirilməsi, həmin əməliyyatların ilkin sənədlərinin adekvatlığının yoxlanması, balans maddələrinə gündəlik nəzarət,
  • BOKT-un vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) BOKT tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
  • BOKT tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
  • Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) təqdim edilməli olan bütün icbari hesabatların tərtib edilməsi və vaxtlı-vaxtında təqdim edilməsi;
  • İşçi heyəti ilə bağlı əmək müqavilələrinin və digər zəruri sənədlərin tərtib edilməsi, elektron hökumət portalında müvafiq rəsmiləşmələrin aparılması, işçilərə əmək haqqı və digər təminatların hesablanması

Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər