“VF AzərKredit” MMC bank olmayan kredit təşkilatının aktivləri 1 il ərzində 4,5 dəfə kiçilib.
Banker.az xəbər verir ki, bu barədə “VF AzərKredit” MMC 2017-ci ilin yanvar ayının birinə olan göstəricilərində bu deyilir.
Hesabata görə, cəmi aktivləri bu il yanvarın 1-nə 23,51 mln. manat olub ki, bu da ötən ilin yanvar ayının 1 ilə müqayisədə 78% azalma deməkdir. Məlumat üçün bildirək ki, ötən il bu rəqəm 106,15 mln. manat idi. Cari ilin göstəricisinə görə, aktivlərinin 18,2 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edir.
BOKT-nin cəmi öhdəlikləri 2 dəfədən çox azalaraq 47 milyon manata düşüb.
“VF AzərKredit” zərərdən ayağa qalxa bilmir. BOKT 2016-ci il üçün xalis zərəri 34,7 milyon manat təkil edib. Qurum 2015-ci ildə də 10,8 milyon zərərlə bitirmişdi.
Təşkilatın cəmi kapitalının həcmi mənfi, yəni, -23.3 milyondur.
Xatırladaq ki, 2002-ci ildə “VF AzərKredit” MMC kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə quruma Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilib. Hazırda “VF AzərKredit” İdarə Heyəti sədrinin əvəzi və sədr müavini Anar Şahbazovdur.