7 C
Baku
Sunday, December 15, 2024

Hüquq departamenti üçün Təcrübə proqramı elan edir – Vision Fund AzərKredit MMC

AzərKredit universitet tələbələrinə təşkilatın Hüquq departamentində (Baş Ofis) təcrübə keçmə imkanı təklif edir.

Bakı,Şabran,Sumqayıt

Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü / 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • İşgüzar və praktiklik kimi qabiliyyətlərə malik;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

 

Təcrübəçilər aşağıda təsvir olunmuş məsələlərlə məşğul olacaq:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Bank hüququ və Bank maliyyəsi məsələri ilə yaxından işləmək və öyrənmək;
  • Müştəri bazası ilə işləmək qabiliyyətinin artırılması və s.

 

Təcrübə keçmə proqramı üç ay müddətinə davam edəcəkdir.

Təcrübə qrafiki sərbəstdir (həftə ərzində 10 saatdan az olmayaraq)

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

 

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində Hüquq departamentinə Təcrübəçisözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 26 Noyabr 2017-cı il tarixinədək müvafiq AzərKredit filiallarına təqdim etməlidir.

AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.

Xahiş edirik anket formasında müraciət etdiyiniz filialı dəqiq qeyd edəsiniz.Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.   Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər