10 C
Baku
Thursday, December 12, 2024

İdmanla məşğul olmaq yaradıcılıq qabiliyyətini artırır

Mütəmadi olaraq idman hərəkətləri ilə məşğul olmaq insanın daha yaradıcı şəkildə düşünməsinə səbəb olur. Lakin bu yalnızca o halda baş verir ki, insan fiziki gərginliyə və ağırlığa öyrənmiş olsun.

Leyden universitetindən olan Lorenso Kolçatonun öz əməkdaşları ilə apardığı araşdırmada 96 insan iştirak etmişdir. Onlar iki qrupa bölünür: birinci qrupa mütəmadi olaraq idmanla məşğul olan insanlar, ikinci qrupa isə idmana elə də çox aludə olmayan insanlar daxil edilir. Hər bir könüllü şəxs iki testdən keçməli idi.

Konvergent düşüncənin yoxlanıldığı testdə könüllü şəxsə üç söz deyilir və bu sözlər üçün ümumi assosiasiyanın tapılması tələb edilir. Məsələn, “saç”, “zaman” və “yol” sözlərini bir sözlə – “uzunluq” sözü ilə assosiasiya etmək mümkündür.

Divergent düşüncənin yoxlanıldığı digər testdə isə iştirakçılara müəyyən əşyaların siyahısı göstərilir və onlardan ən çox hansı məqsədlərlə istifadə etməyin mümkün olduğunu soruşurlar. Cavablarda isə originallıq və kreativlik əsas qiymətləndirilib. İştirakçıların yarısı bu tapşırığı velotrenajorda, yarısı isə trenajorda idman etdikdən sonra həll edib.

Nəticələr sübut edir ki, idman hərəkətləri heç də bütün iştirakçılara yaradıcı düşünməyə kömək  etməmişdir. İdman hərəkətlərinə aludə olmayan insanlar testi mütəmadi olaraq idmanla məşğul olan insanlardan daha pis yerinə yetirmişlər.

Son xəbərlər
Digər xəbərlər