“Azersun Holding” MMC-yə məxsus “Qafqaz Ticarət” MMC yenidən təşkil olunur.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumatda deyilir ki, “Sübhan Trans Beynəlxalq Nəqliyyat və Ticarət” MMC-nin “Qafqaz Ticarət”ə qoşulması nəticəsində 2-ci yenidən təşkil olunur. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Xarici Dairəvi küçəsi, 2 038-ci məhəllə ünvanına bildirə bilərlər.







