Versal Məhkəməsi “Total” şirkətinin Fransanın cənubunda şist nefti hasil etməsi ilə bağlı icazəsini ləğv edib.
Bu barədə RBC “Le Figaro” qəzetinə istinadən məlumat yayıb.
Lisenziyanın ləğv edilməsinin səbəbi ətraf mühit mühafizəçilərinin etirazları və şirkətə qarşı iddia qaldırmalarıdır.
“Total” şirkətinə şist neftin hasilatı üçün icazə 2011-ci ildə verilib. 2016-cı ildə isə məhkəmə icazəni ləğv edib. Lakin bu qərardan apellyasiya şikayəti olub. Versal Məhkəməsi isə icazəni tamamilə ləğv edib.