15 C
Baku
Sunday, November 24, 2024

Palata “Dəmir Bank” prosesinin tam fərqli olacağını bildirib

Sığortasız əmanətlərin də növbəlilik prinsipinə əsasən qaytarılması nəzərdə tutulur

“Dəmir Bank-ın bütün əməkdaşları hesablanmış əməkhaqlarını və digər ödənişləri Yeni il bayramınadək alacaqlar.”

Bu barədə sorğuya cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Qeyd edilib ki, bir bankın bağlanmasının insanlarda narahatlıq yaratdığı nəzərə alınaraq, Palatanın rəhbərliyi bu məsələyə xüsusi diqqət yetirir. Maliyyə agentliyi olan Marja-ya bildirirlib ki, mümkün ən qısa zamanda qorunan (sığortalı) əmanətlərin, növbəlilik prinsipi əsasında da qorunmayan (sığortasız) əmanətlərin qaytarılması nəzərdə tutulur.

ELƏCƏ DƏ BAX: Lisenziyası ləğv edilmiş “DəmirBank”ın planları başqa idi

Əldə etdiyimiz məlumata görə, Palata və Əmanətlərin Sığortalanması Fondu gərgin rejimdə işləyir. Mümkün ən qısa zamanda (Yanvar ayının əvvəlindən başlayaraq nəzərdə tutulub) qorunan əmanələrin qaytarılması prosesinə start veriləcək. Eyni zamada, qorumayan əmanətlərin də növbəlilik prinsipi ilə qaytarılması nəzərdə tutulur. “Dəmir Bank”ın iflası, əmanətlərin qaytarılması və ləğvi prosesləri əvvəl bağlanmış banklardan tam fərqli olacaqdır. Proseslər, operativ və şəffaf aparılması ilə yadda qalacaqdır. “Dəmir Bank”ın heç bir müştərisinin narazı qalmaması qarşıya məqsəd qoyulub.

Proseslərə, Palatanın Baş icraçı direktoru İbrahim Alışov ciddi nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər