14 C
Baku
Saturday, October 19, 2024

“Bitcoin”in bazar payı tədricən azalır

“Bitcoin”in qlobal kriptovalyuta bazarında bazar payı getdikcə azalır. “Bitcoin”in bazar payı 2016-cı ilin dekabr ayının 27-də, yəni tam bir il bundan əvvəl 87,94% təşkil edib. Bu gün isə bu göstərici 44,1%-ə bərabərdir. İl ərzində “bitcoin”in bazarda minimal payı iyun ayının 18-də (37,81%) qeydə alınıb.

“Report”un analitik qrupu bitkoinin getdikcə kriptovalyuta bazarında rolunun azala biləcəyini istisna etmir. Tədricən daha faydalı və tələblərə uyğun işlənib hazırlanmış “altcoin”lər yaradılaraq “bitcoin” hakimiyyətinə son qoyula bilər.

“Məsələn, hazırda pul köçürmələrində istifadə olunan və əsasən Avropa bankları tərəfindən istifadə edilən “Ripple” koini daha maraqlı və gələcək vəd edən investisiya kimi görünür. Qeyd edək ki, Türkiyənin mühafizəkar bankı kimi tanınan “Akbank” da “Ripple” blokçeynindən istifadə edərək pul köçürmələrinə başladığını elan edib və bu yolla xeyli vəsaitə qənaət edəcəyini bildirib”.

Analitik qrup bildirir ki, müəyyən dövrdən sonra kriptovalyutaların sayı azalacaq və dünya üzrə bir neçə, bəlkə də bir rəqəmsal valyuta qalacaq. Bu valyutadan bütün əməliyyatlarda istifadə oluna bilər.

Xatırladaq ki, kriptovalyuta bazarında hazırda 1 382 “altcoin”, 7 887 birja fəaliyyət göstərir. Bazarın məcmu kapitallaşması isə 585 mlrd. dollara bərabərdir.

Son xəbərlər
Digər xəbərlər