Milli Məclis tərəfindən Prezidentə göndərilən “İşsizlikdən sığorta fondu”nun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu Prezident tərəfindən təsdiqlənib.
Maddə 1-də göstərilir ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilir.
2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi
o cümlədən: |
89 020 000,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 17 726 212,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 17 726 212,0 |
1.3. | digər sığortaedənlər | 53 567 576,0 |
2. | Sair gəlirlər | 20 000,0 |
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri | Məbləğ (manatla) | |
1. | İşsizliyə görə sığorta ödənişləri | 33 478 000,0 |
2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 1 613 000,0 |
3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin
göstərilməsi |
1 150 000,0 |
4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 120 000,0 |
5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 1 788 000,0 |
6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 35 802 000,0 |
7. | Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi |
1 380 000,0 |
8. | Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri |
13 709 000,0 |
İşsizlikdən sığorta haqlarının daxil olmasına nəzarət və işsizlikdən sığorta fonduna köçürülməsi: Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür.
Məlumatda qeyd edilir ki, qalıqlar ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Qeyd edək ki, bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.