2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.
Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən “2018-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icraçı katibi Siyavuş Novruzov millət vəkillərinin maaşlarını artırmaq məsələsini qaldırmışdı.
“Deputatların maaşları polis şöbəsinin müdiri və ya rayon prokurorluğundan azdır. Və MM-nin büdcəsi müəyyən bir rayon büdcəsindən çox azdır “, deyə deputat büdcə müzakirələri zamanı fikirlərini söyləmişdi.