15 C
Baku
Sunday, November 24, 2024

‘DəmirBank’dakı qorunmayan 28 milyonluq depozitlərin taleyi necə olacaq? – ŞƏRH

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə ilin 3-cü rüb göstəricilərinə əsasən hazırda lisenziyası ləğv edilmiş “DəmirBank”da 66 286 nəfər əmanətçinin 81,5 mln manat Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən kompensasiya olunur.  Kompensasiya olunmayan əmanətlərin həcmi isə 28,3 mln manat həcmindədir.

İqtisadçı-ekspert Vüqar Bayramov kompensasiya olunmamış depozitlərə şərh bildirərkən deyib ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur. ADİF qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir.

Bayramov bildirir ki, müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Ötən il müflis olan 11 bankda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub.

Qorunan əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır:
“Bununla belə, dəfələrlər təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var. Əvvəlla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.

İkincisi, bank mencerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müfıis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki, bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli onların qaytarılmasına da məsul olmalıdır.

Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullar ilə verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28.3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başa düşülən deyil.”

Son xəbərlər
Digər xəbərlər