14 C
Baku
Sunday, November 24, 2024

“Dünyanın ən yaxşı Mərkəzi bank rəhbəri” kim oldu?

Avropa Mərkəzi bankının prezidenti Mario Draqi Central Banking nəşrinin versiyasına görə 2013-cü il üzrə dünyanın ən yaxşı Mərkəzi bank rəhbəri seçilmişdir.

Central Banking-ə əsasən Draqinin rəhbərliyi altında Avropa Mərkəzi bankı Avropanın maliyyə sistemini əminliklə bərpa etmişdir. Nəşrin ekspertləri də Draqi tərəfindən göstərilən “qərarlılığı” və “liderliyi” qeyd etmişlər.

Mükafatlandırma zamanı digər nominasiyalar üzrə də qaliblər elan edilmişdir. 2013-cü ilin nəticələrinə görə dünyanın ən yaxşı Mərkəzi bankı olaraq Çin Xalq bankı seçilmişdir. İsveçin Mərkəzi bankı – “Riksbank” isə “yüksək şəffaqlıq” səbəbi ilə mükafata layiq görülmüşdür. Bundan əlavə, BlackRock fondu “aktivlərin idarə edilməsində ən yaxşı şirkət” adına layiq görülmüşdür.

Central Banking şirkətinin ekspertləri sırasına aparıcı iqtisadiyyatçılar və dünyanın keçmiş Mərkəzi bank rəhbərləri daxildir.

Son xəbərlər
Digər xəbərlər