8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan “Stalinin yaxtası”nı ala bilər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) həqiqətən də Moskva Çay Gəmiçiliyinin “Maksim Qorki” teploxodunu almaq niyyətindədir. Bu barədə QSC-dən məlumat veriliblər.

Bildirilib ki, belə bir niyyət olsa da, yekun qərar hələ qəbul olunmayıb.

Danışıqların detalları barədə məlumat verilmir. Məlum olan yalnız odur ki, AXDG gəminin alınmasına namizədlərdən biridir.

Daha öncə “Kommersant” Moskva Çay Gəmiçiliyinin baş direktoru Konstantin Anisimova və bazardakı mənbəyə istinadən yazmışdı ki, yüksək istismar dəyərinə görə gəmi 2014-cü ildən yalnız restoran kimi istifadə olunur.

1934-cü ildə tikilən gəmi “Stalinin yaxtası” adlanır. Müxtəlif illərdə bu gəmidə Lavrentiya Beriya, Lazar Kaqanoviç, Qriqori Orconikidze, Nikita Xruşşov, Leonid Brejnev kimi sovet rəhbərləri istirahət edib.

Son xəbərlər
Digər xəbərlər