Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin yanvarın 1-ə iqtisadiyyata kredit qoyuluşu 11 mlrd. 805,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən, beləliklə, ötən ilin dekabrında iqtisadiyyata kredit qoyuluşu 0,63% və ya 74 mln. manat artıb.
2016-cı ilin analoji dövrü ilə müqayisədə isə ötən il iqtisadiyyatın kreditləşməsi 25,3% və ya 3 mlrd. 996,2 mln. manat azalıb.