“Turan Bank” da zərərlə işləyən bankların sırasına qoşulub.
Banker.az xəbər verir ki, bu barədə Bankın 2017-ci ilin illik hesabatında deyilir.
Məlumata görə, faiz gəlirləri 2016-cı illə müqayisədə 13,6% kiçilərək 2017-ci ildə 29,48 mln. manat olub. Beləliklə “Turan Bank” ötən ilin 12 ayını 725 min manatlıq zərərlə bitirib.
Məlumat üçün bildirək ki, 2015-ci ili 1,2 mln. manat, 2016-cı ili isə 13 mln. manatdan çox zərərlə tamamlamışdı.
Bankın aktivləri 1 yanvar 2017-ci il tarixində 477,32 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 10%-dən çox azalma deməkdir. Bankın müştərilərə verdiyi ümumi kreditin həcmi 266,77 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,72 mln. manat az olması deməkdir.
Hazırda bankın öhtəlikləri azalaraq 418,35 mln. manat, cəmi kapitalı isə azalaraq 58,97 mln. manat təşkil edib. Bankda olan yığılmış zərərin həcmi il ərizndə iki dəfəyə yaxın artaraq 1,53 mln. manata çatıb.