“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
Banker.az “Report”a istinadən bildirir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
“Turan Bank” artıq 3 ildir ki, zərərlə işləyir – Hesabat açıqlandı
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Azərbaycanda müştəriləri bu bankdan əmanətləri çəkir
Fakt üzrə araşdırmalar davam etdirilir.