9 C
Baku
Thursday, December 12, 2024

Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib.

Bu barədə “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Belə ki, Azad Zonanın səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqil və öz büdcəsini təsdiq etmək hüququna malik olacaq.

Dövlət Azad Zonanın, Azad Zona səlahiyyətli qurumunun və hər bir Azad Zona İnzibati müəssisəsinin öz hüquq və vəzifələrini həyata keçirilməsi üçün maliyyələşməsini həyata keçirəcək.

Azad Zona aşağıdakı mənbələrdən gəlir əldə edə biləcək:

1. Tətbiq olunan rüsumlar və digər ödənişlərdən;

2. Devoloperlərdən və ya Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividentlərdən;

3. Dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər