Monteneqroda turist biznesində böyük investisiya layihəsi həyata keçirən “Azmont Investments” şirkətinin kapitalı yenidən artırılıb. Şirkətin səhmdarlarının sərmayələri ay ərzində 5 milyon avro artıb, deyə bu ölkənin kommersiya reyestrində bildirilir.
“Azmont İnvestments” MMC şirkətinin ödənilmiş nizamnamə kapitalı bu il yanvarın 22-nə 222,1 milyon avroya çatdırılıb. 2017-ci ilin sentyabr ayından şirkətə 70 milyon avro sərmayə qoyulub.