“Xalq Bank” ötn ili 17,6 mln. manat xalis mənfəətlə bitirib.
Banker.az xəbər verir ki, bu barədə “Xalq Bank” ASC-nin 1 yanvar 2018-ci il tarixinə olan maliyyə göstəricilərində deyilir.
Hesabata görə, Bankın ümümi faiz gəlirləri 100,33 mln. manat təşki edib ki, bu da, 2016-ci illə müqayisədə ötən ildə 4,4 mln. manat az olması deməkdir.
Bankın aktivlərindəki artım tempi tarixini maksiumumunu yeniləməkdə davam edir. Belə ki, hesabat dövrünün göstəricilərinə görə, “Xalq Bank”ın aktivləri il ərzində 145 mln. manat artaraq 1 milyard 813,65 milyon manata yüksəlib. Bu da bankın tarixinda ən böyük göstəricidir. Aktivlərin də 1 milyard 312,22 milyonu müştərilərə verilmiş kreditdir.
Bankın cəmi öhdəlikləri 122,825 mln. manat artaraq 1,554 mlrd manat təşkil edib ki, bununda 1,171 mlrd. manatı depozit portfelidir.
“Xalq Bank”ın cəmi kapitalı da böyüyərək 259,84 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın nizamnamə kapitalı hazırda 225 078 600 manat təşkil edir.
Xatırladaq ki, Bankın səhmlərinin 33,85 %”EuroStandard” MMC, 50,00%-i “İdeal Business Ko” MMC və 16,15 %-i isə “Amal Invest Group” MMC-yə məxsusdur.