Azərbaycan Respublikası Dövlət Neft Fondu ( ADİF) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində satığı valyutanın həcmini açıqlayıb. Bu barədə məlumat Banker.az-a ADİF-dən daxil olub.
Məlumata görə, ilin ilk ayında ADİF tərəfindən 299.1 milyon ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarılaraq satılıb. Bu da dekabrla müqayisədə 49% daha az dollar satılması deməkdir.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayı ərzində 584.8 milyon dollarməbləğində vəsait satılmışdı.
Bununla yanaşı, artıq üçüncü aydır ki, valyuta hərraclarında(13 dekabr 2017) USD/AZN cütlüyünün orta çəkili məzənnəsi 1,7001 səviyyəsində sabit qalır.