Azərbaycan banklarının kredit portfeli bu il yanvarın 1-nə 11 337,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 468,3 mln. manat və yaxud 4% azdır. 2017-ci ilin əvvəlin nisbətən isə banklar kreditləşməni 4 633,6 mln. manat və yaxud 29% azaldıb.
Əhalisinin banklardakı əmanətləri bu il yanvarın 1-nə 7 561,2 mln. manat təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 190,6 mln. manat və yaxud 2,6% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin əvvəlinə nisbətən isə bank əmanətləri 112,5 mln. manat və yaxud 1,5% artıb.