10 C
Baku
Monday, November 25, 2024

Banklar üçün vacib xəbər: adekvatlıq əmsalı dəyişdirilə bilər

“Yeni risklərlə ölçülmüş aktivlərin hesablanması qaydasında adekvatlıq əmsalına qarşı olan tələbin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir”.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, bununla bağlı yeni qaydalar işlənir.

“Hazırda Banklar Assosiasiyası bununla bağlı öz təkliflərini maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. İndi Palata ilə Assosiasiya arasında danışıqlar aparılır. Bunlar bir borcalana qarşı, risk dərəcəsi üzrə ölçülmüş aktivlərlə, valyuta rejimi və aktivlərin təsnifləşdirilməsi ilə bağlı qaydalarda dəyişdirilməsi üzrə təkliflər yer alıb”, – deyə Z.Nuriyev vurğulayıb.

Onun sözlərinə görə, kapitalın adekvatlıq əmsalının artırılması nəzərdə tutulur.

Z.Nuriyev qeyd edib ki, kapitalın adekvatlıq əmsalının artırılıb-artırılmayacağı ilə bağlı son qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası verəcək.

Qeyd edək ki, kapitalın adekvatlıq əmsalı bank kapitalının riskli aktivlərə olan nisbəti kimi ifadə edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər